Rusiyanın Surqut şəhərində naməlum şəxs səkkiz nəfərə bıçaqla xəsarət yetirib

Bu gün səhər saatlarında Rusiyanın Surqut şəhərində naməlum şəxs küçədə səkkiz nəfərə bıçaqla xəsarət yetirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, maskalı şəxs hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdiyi üçün güllələnib. Bəzi mənbələrə görə, onun psixi problemləri olub. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İstintaq Komitəsi artıq cinayəti törədən şəxsin kimliyini müəyyənləşdirib. Onun 1994-cü il təvəllüdlü yerli sakin olduğu deyilir.