Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Astarainfo.az-ın  Enter.News-a istinadən xəbər verir ki, şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-50 %  olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25°, gündüz  32-37° isti, dağlarda gecə 15-20°, gündüz  23-28° isti olacağı gözlənilir.