Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasının cüdo yarışlarına start verilib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Universiadanın ilk günü milli komandamız üçün uğurlu olub. Ölkəmizi 100 kiloqram çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək yarışın qalibi adına layiq görülüb. Cüdoçumuz müvafiq olaraq Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarını mübarizədən kənarlaşdıraraq qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.