Oktyabrın 16-dan noyabrın 11-dək Fransanın Reyms şəhərində “Sunnyside” caz festivalı (Sunnyside Reims Festival) keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski festival çərçivəsində noyabrın 5-də solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə məlumat tanınmış pianoçunun “facebook” səhifəsində də yer alıb.

“Sunnyside” caz festivalı “Jazzus Productions” tərəfindən təşkil edilir. 2011-ci ildə yaradılmış bu şirkət caz tədbirlərinin təşkili sahəsində fəaliyyət göstərir.