Çinin Quançjou əyalətinin sakininin qulağından diri kərtənkələ çıxarılıb, bu barədə Oxu.Az Daily Mail agentliyinə istinadən xəbər verir.

Kişinin sözlərinə əsasən, onu qulağındakı xoşagəlməz hiss oyadıb. O, hiss edib ki, başının içində nəsə sürünür. Ona görə də, düşünüb ki, yatarkən qulağına tarakan girib.

Lakin həkim müayinəsi zamanı xarici qulaq keçidində canlı gekkon aşkar edilib. Həkim kərtənkələni maqqaşla tutmağa çalışanda, o, qaçmağa başlayıb. Heyvanı hərəkətsizləşdirmək üçün həkim sakitləşdirici vasitəyə əl atmalı olub.

 

 Oxu.az