Ukrayna Premyer Liqasında 6-cı tura yekun vurulub.

Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki,   milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Karpatı” ilə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Paşayev sonadək mübarizə aparıb.

Qeyd edək ki, 6 oyundan sonra 4 xalı olan “Aleksandriya” 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.