Sinqapur sahillərində ABŞ donanmasına məxsus hərbi gəmi ilə neft tankeri toqquşub.

Astarainfo.az”Ölkə.Az” -a istinadən xəbər verir ki, qəza nəticəsində 10 hərbçi itkin düşüb, 5 nəfər isə yaralanıb. Axtarış-xilasetmə işlərinə start verilib.

ABŞ donanmasına məxsus “USS John S McCain” hərbi gəmisi Sinqapur sahillərində neft tankeri ilə toqquşub. Toqquşma nəticəsində 10 hərbçi itkin düşüb. İtkin düşənləri axtarmaq üçün Sinqapur donanması da xilasetmə işlərinə kömək edir.

Qəza dəniz yolunun ən sıx olduğu bölgələrdən sayılan Malakka boğazında baş verib. ABŞ hərbi gəmisində 24 zabit, 291 dənizçi olub.