Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, – deyə DİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.