İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Syon aeroportundan havaya qalxan təyyarənin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Hadisə nəticəsində ölənlərdən biri pilot, digər iki nəfəri isə turist olub.