Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

Azərbaycan və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə yeni danışıqların növbəti mərhələsi sentyabrın sonunda Brüsseldə keçiriləcək. Bunu Trend-ə Aİ-nin Bakıdakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə ilk görüş fevralın 7-də Brüsseldə keçirilib.