Bakıda su hovuzunda 24-27 yaşlı gənc batıb

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:50-də başa çatıb.