Bu gün futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək.
Astarainfo.az “Report”-a istinadən məlumat verir ki, Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək.
Paytaxt Astanada eyniadlı klub Şotlandiya “Seltik”ini sınağa çəkəcək. Bu komandalar arasındakı ilk qarşılaşma “Seltik”in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu səbəbdən, “Astana”nın fərqi aradan qaldırması real deyil. Amma istənilən halda, Qazaxıstan çempionu ən azı Avropa Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnəcək.
Qalan 4 oyuna gəlincə, ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Türkiyənin “Başakşehir” klubunu İspaniyada “Sevilya” ilə çətin sınaq gözləyir. İstanbuldakı qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqəyə xeyli yaxınlaşıblar. İndi Türkiyə vitse-çempionları səfərdə ən azı 2 top vurmalıdırlar.
Çempionlar Liqası
“Pley-off” mərhələsi, cavab görüşləri
22 avqust
19:30. “Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya)
“Astana Arena”
İlk oyun – 0:5
22:45. “Maribor” (Sloveniya) – “Hapoel” (Beer-Şeva, İsrail)
Maribor, “Lyudski vrt” stadionu
İlk oyun – 1:2
22:45. “Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan)
Riyeka, HNK stadionu
İlk oyun – 1:2
22:45. “Nitsa” (Fransa) – “Napoli” (İtaliya)
Nitsa stadionu
İlk oyun – 0:2
22:45. “Sevilya” (İspaniya) – “Başakşehir” (Türkiyə)
Sevilya, Ramon Sançes Pisxuan stadionu
İlk oyun – 2:1
Daha 5 cavab görüşü avqustun 23-də olacaq:
22:45. “Slaviya” (Praqa, Çexiya) – APOEL (Kipr)
Praqa, “Eden Arena”
İlk oyun – 0:2
22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan)
Kopenhagen, “Parken” stadionu
İlk oyun – 0:1
22:45. “Styaua” (Rumıniya) – “Sportinq” (Portuqaliya)
Buxarest, “Nasyonal” stadionu
İlk oyun – 0:0
22:45. “Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya)
Liverpul, “Enfild” stadionu
İlk oyun – 2:1
22:45. MOİK (Moskva, Rusiya) – “Yanq Boyz” (İsveçrə)
Moskva, MOİK stadionu
İlk oyun – 1:0