Elşad Həmidova “Əməkdar həkim” fəxri adı verilib

Prezident İlham Əliyev Elşad Həmidova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Elşad Belal oğlu Həmidova “Əməkdar həkim” fəxri adı verilsin.