“Facebook” sosial şəbəkəsi “Safety Check” funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsilə öz dostlarını xəbərdar edə bilərlər) daima işləyən ayrıca bölmə şəklinə salıb. İndi bütün dünyada təhlükəli vəziyyətlər haqda məlumatlar yeni bölmədə toplanır.

AZƏRTAC xəbər verir ki, şirkətin planına görə, evdən uzaqda olan və çətin vəziyyətə düşən istifadəçilər bu funksiya vasitəsilə yardım tapa, yaxud da bədbəxt hadisələrdə insanlara kömək edə biləcəklər.
Şirkət rəsmiləri bildirirlər ki, yeni bölmə yaxın həftələrdə “Facebook”un veb-versiyası və sosial şəbəkənin mobil proqramının bütün istifadəçilərinə əlçatan olacaq.
Qeyd edək ki, “Safety Check” xəbərdarlıqlar sistemi bir neçə dəfə yanlış aktivləşib.