Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə izləyib

ABŞ prezidenti Donald Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə, Ağ Evin eyvanından izləyib.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Məlumata görə, ona xanımı Melanya və oğlu Berron da qoşulub.

ABŞ-da 99 il ərzində ilk dəfə Günəş tutulmasını ölkənin bütün ərazisində izləmək mümkün olub.

“CNN” və “NASA” təbii hadisəni izləyə bilməyənlər üçün canlı yayım aparıb.