İyulun 27-də İstanbulda baş verən dolu yağışı iş adamı, milyarder Ali Ağaoğlunun milyon dollar dəyərindəki avtomobilinə ziyan vurub.

Oxu.Az xəbər verir ki, milyarder avtomobilinin təmiri uçun İngiltərədən xüsusi  qrup dəvət edib.

Qeyd edək ki, A.Ağaoğluya məxsus dörd avtomobilin – “Rolls Royce”, “Bentley”, “Aston Martin” və “Lamborghini”nin pəncərələri qırılıb, avtomobillərin yuxarı hissəsinə zərər dəyib. 700 min lirəlik zərəri sığorta şirkəti qarşılayıb.