Şirvanda 3 otaqlı ev yanıb

Şirvan şəhərində ümumi sahəsi 156 kvadratmetr olan ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğndan mühafizə olunub.

Yanğın saat 14:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​