ABŞ-a səfərlə bağlı viza qaydaları sadələşdirildi

Azərbaycanda ABŞ-a viza almaq prosesi daha sadə olub. ABŞ-ın Azərbaycandakı səfirliyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi, viza prosesinin sürətlənməsi və ABŞ vizalarını yeniləmək məqsədilə təcrübəli ərizəçilər üçün Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib.

 Astarainfo.az  xəbər verir ki, Oxu.az-a  bu barədə səfirliyə istinadən məlumat yayıb.

Bəlli olub ki, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsümunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər.