Azərbaycan-Gürcüstan arasında birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri
Artur Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Şahin Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri
Xələf Xələfov Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
Aydın Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Nazim İbrahimov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Ramiz Həsənov Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Qüdrət Qurbanov Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Dursun Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.