Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 25-də və 26-da saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaq.

Bakı sakinlərini və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.