Bunları bilmək hər kəs üçün maraqlıdır

Dünya yarandığı gündən insanlar axtarışdadır. Təbiət, səma cisimləri, heyvanat aləmi, insanın yaradılışı hər zaman maraqla araşdırılan mövzular olub. Elm və texnikanın inkişafı nəticəsində bu araşdırmaları etmək əvvəlki dövrlərə nisbətən asanlaşsa da, hələ də elm adamlarına cavabsız qalan sonsuz sayda sual var.

Bundan başqa tarixdə əməlləri ilə iz qoyan tarixi şəxsiyyətlərin adı, psixoloji durumlarla bağlı hallar, eyni zamanda gündəlik həyatımızda eşitdiyimiz maraqlı hadisələr də zaman-zaman tarixin yaddaşına qeyri-adi hal kimi daxil olur. Bu dəfə “İki sahil” qəzeti öz oxucularını məhz bu cür – həm maraqlı, həm qeyri-adi, həm də maarifləndirici məlumatlarla tanış edəcək.  Hazırsınızsa, birinci faktdan başlayaq.

Bəlkə də çoxlarınız bilmirsiniz ki, gecə saat 3-4 aralığı bədəninizin ən zəif olduğu zamandır. Araşdırmalar göstərir ki, yatarkən ölən insanların çoxu məhz bu vaxtda ölür.

İsveçrə çoxlarının görmək arzusunda olduğu bir ölkədir. Təmiz havası, gözəl təbiəti, maraqlı aurası olan bu ölkə turistlərin ən çox sevdikləri yerlər siyahısında ilklərdə durur. İsveçrədə yerləşən və 500 ildən çox yaşı olan “Uşaq yeyən adam” heykəli turistlərin marağını çəkən bir arxitekturadır. Qeyri-adi hal isə ondan ibarətdir ki, bu heykəlin niyə və nə üçün hazırlandığı hələ də elmə məlum deyil. Bunun ətrafında çoxlu araşdırmalar aparılsa da səbəb açıqlanmayıb.

Qorxulu filmlər izləyən insanların çoxu digərlərinə nisbətən daha arıq olurmuş. Araşdırmalar sübut edir ki, qorxulu filmi izləyərkən 200 kalori itirirsiniz və başqa heç bir janrda olan film bunu bacara bilməz.

Yəqin ki, çoxlarınız ətrafınızdakı cansız əşyalara, xüsusilə də buludlara baxan zaman hər hansı bir sima görürsünüz. Təəssüf ki, digərlərinin görmədiyi belə bir mənzərinin şahidi olmaq sizin heç də müsbət mənada fərqli olduğunuzu göstərmir. Əksinə bu, sizin ciddi sinir problemlərinizin olduğuna işarədir.

Heç tərk edilmiş bir evdə qalmısınız? Əgər qalmamısınızsa, məsləhətdir ki, buna cəhd etməyəsiniz. Çünki bu, ağlınızın itirilməsi ilə nəticələnə bilər.

1913-cü ildə Amerikada dünyaya gələn William Durks (ləqəbi 3 gözlü adam) digər insanlardan fərqli idi. Məsələ burasında idi ki, normal ata-anadan olan Durks yarılmış buruna, yarılmış dodağa və ikiyə ayrılmış kimi görünən bir üzə sahib idi. Getdiyi hər yerdə qorxunc bir varlıq kimi görünən Durks bu təzyiqə dözməyərək 62 yaşında intihar etmişdir.

2005-ci ildə Efiopiyada 12 yaşlı bir qız evlilik üçün zorla qaçırılmış, lakin 3 şir qızı insanlardan xilas etmişdir. Çoxlarına vahiməli heyvan kimi görünən şirlər təxminən yarım gün qızı qorumuşlar. Polislər gəldikdən sonra onun  yanından ayrılmışlar.

Jozefina Karbin dördayaqlı olaraq  dünyaya gəlmişdi. Buna səbəb ana rəhmindəki əkizin tam ayrılmaması olmuşdu. İçəridə qalan ayaqlarının daha qısa olmasına baxmayaraq, bütün ayaqlarını hərəkət etdirə bilirdi.

“Dünyanın ən gözəl qadını”, “İlin ən yaraşıqlı kişisi” nominasiyalarında fərqlənən  və qalib gələn simaları televiziya, xəbər portalları və sosial şəbəkələrdən eşitməyə, görməyə alışmışıq. Bu dəfə isə sizi dünyanın ən yaraşıqlı dustağı ilə tanış edəcəm. Belə ki, silahlı dəstə lideri Jeermy Meksinin tutularkən çəkilən şəkli ABŞ-da qadınlar tərəfindən paylaşılma rekordu qırıb. Jeermy ən yaraşıqlı dustaq adını alıb.

Xatırladaq ki, o artıq azadlıqdadır. Maraqlısı isə odur ki, dünyanın tanınmış kişi brend şirkətləri Jeermy ilə anlaşmaq və onu öz şirkətlərinin reklamında çəkmək üçün uzun müddət növbədə gözləyirlər.

Maraqlı yazının sonunu psixoloji testlə bitirmək istəyirəm. Sonunu şəkilə baxın və orada ilk nəyi gördüyünüzü dəqiqləşdirin.

– Skelet kəllə şəkili sizin güclü olduğunuzu göstərir. Çünki qorxunc olmasına baxmayaraq, kəllə sümüyü gücü simvolizə edir. Bu o deməkdir ki, siz yeni qələbələr üçün hazırsınız. Sizin üçün nəticə yox, getdiyiniz yol maraqlıdır. Buna görə hər şey sizdə yaxşı alınır, məmnunsunuz. Yolunuzdan dönməsəniz istədiyiniz hər şeyə nail olacaqsınız.

-Yox, əgər şəkildə başını ayaqlarına doğru əymiş qadın görürsünüzsə, bu, yorğunluğun simvolikasıdır. Ola bilər ki, çaşqınsınız, bundan sonra nə edəcəyinizi bilmirsiniz. Dincəlin, imkan düşdüyü qədər işlərdən bir az uzaqlaşıb, özünüzə zaman ayırın. Hazırda siz var gücünüzdə deyilsiniz. Bir neçə günlüyünə yerinizi dəyişin ki, özünüzə gələsiniz. Ola bilər ki, yanınızda sizin enerjinizi alan bir insan var. Ətrafınıza baxın. Münasibətlərinizin heç vəchlə alınmadığı biri varsa ondan ayrılmaqdan qorxmayın.

Şəfiqə Dadaşova, 
Röya Şahbazi, “İki sahil”