Çində “Xato” tayfunu 16 nəfərin həyatına son qoyub

Çinin cənubunda “Xato” tayfunu nəticəsində 16 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, cari ildə Çində başlayan “Xato” tayfunu Çjuxay şəhərinin sahilindən Quandun vilayətinə qədər ərazini, həmçinin Honkonq və Makao xüsusi administrativ rayonlarını əhatə edib.

Sinoptiklərin proqnozuna görə, sabah küləyin sürəti daha da artacaq.