İspaniyanın məşhur idman nəşri olan “Marca” qəzeti “Qarabağ” futbol komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Qarabağ”ın heyətində oynayan ispaniyalı Miçelin və məşqçilərdən Ruben Sellesin fikirləri yer alıb.

Yazıda “Qarabağ” klubu haqqında oxuculara ətraflı məlumat verilir.

Alberto Rubionun müəllifi olduğu məqalədə “Qarabağ” komandasının bu mövsümdə UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçdiyi yoldan bəhs edilir.