“Qarabağ” klubu Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

Astarainfo.az Trend-‘ istinad’n m’lumat verir ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatıb.

Beləliklə, 2 oyunun cəmi və səfər qolunun hesabına “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.