“Sabahdan transfer haqda düşünməliyik” – Qurban Qurbanov

“Bu gün tək biz yox, bütün xalqımız qələbə arzulayırdı. Bütün azərbaycanlıları təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab oyunundan (1:2) sonra “İdman Azərbaycan” kanalına açıqlamasında deyib.

Ağdam klubu Danimarka təmsilçisinə 1:2 hesablı məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə, qrupa yüksəlib.

Q.Qurbanovun görüş haqda bunları bildirib:“İlk hissədə çıxışımız pis alınmadı. Əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Meydan sahibi istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı. Bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram”.

Q.Qurbanov yeni transferlərin gözlənildiyini qeyd edib: ”Transfer mütləq etmək istəyirik. Ən azı 1-2  oyunçu gətirmək istəyirik. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.