Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov V.N.Karazina adına Xarkov Dövlət Universitetinin (XDU) zoologiya və heyvan ekologiyası kafedrasının professoru Sergey Utevski və dosenti Andrey Utevski ilə görüşüb. Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib.

İnstitutda keçirilən görüşdə XDU ilə bu elmi müəssisə arasında əlaqələrin qurulması, beynəlxalq və yerli layihələrdə birgə iştirak kimi məsələlər müzakirə olunub. Həmçinin hər iki qurumun əməkdaşlarının birlikdə Arktikada tədqiqatlar aparmaları, XDU-nun doktorantlarının və dissertantlarının Mingəçevir Elmi Təcrübə Laboratoriyasında təcrübə keçmələri barədə danışıqlar aparılıb.

Səfər çərçivəsində qonaqlar Zoologiya İnstitutunun əməkdaşları ilə birgə elmi ekspedisiyada da olublar. Ekspedisiya zamanı Masallı, Lənkəran, Lerik, Yardımlı, Quba, Nabran, Yalama ərazilərində yerləşən göllərdə, şəlalələrdə, çaylarda tədqiqatlar aparılıb və bir neçə növ zəli tapılıb