Estoniya dünyanın ilk rəsmi rəqəmsal valyutasını hazırlayır

Estoniya “Estcoini” – dünyanın ilk rəsmi rəqəmsal pul vahidini yaratmaq üçün işlərə başlayıb.

Astarainfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Estcoin” layihəsində “Etherium” virtual valyutanın yaradıcısı Vitalik Buterin məsləhətçi kimi iştirak edir.

Qeyd edək ki, Estoniya kiçik bir ölkə olmasına baxmayaraq, texnologiya sahəsində qabiliyyətliliyi ilə tanınır. Estoniya hökumətinin yaratdığı e-vətəndaşlıq (e-Residency) sistemi dünya tərəfindən nümunə bir təcrübə kimi göstərilir. Bu sistem vasitəsilə vətəndaşlar Estoniyaya getmədən Avropa İttifaqında şirkət qurmaq və hökumətin elektron xidmətlərindən istifadə etmək imkanı əldə edirlər.