10 yaşı olsa da, biliyinə və savadına görə yaşıdlarından çox fərqlənir.

Astarainfo.az Xezerxeber.az-ıstinadən  məlumat verir ki,paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Anar Ramazanov 7 yaşına kimi danışmayıb. Valideynləri onu həkimə apardıqda isə məlum olub ki, uşaq autizm xəstəliyinin daşıyıcısıdır.

Amma autizm xəstəliyinə qalib gələn 10 yaşlı Anar danışmağa başlayandan bir neçə gün sonra oxumağa başlayıb. Valideynləri isə bildirir ki, heç kim ona hərfləri və oxumağı öyrətməyib. Atası deyir ki, Anar hazırda Azərbaycan, ingilis və rus dillərində oxumağı, yazmağı və danışmağı bacarır.

Anar zehninə görə məktəbdə də öz yaşıdlarından seçilir. 3 ildir dil açmasına baxmayaraq o, məktəbdə bir neçə dəfə fənn olimpiadalarının qalibi olub.

Ən çox sevdiyi fənlər isə Coğrafiya, Riyaziyyat, Kimya və İnformatikadır. Dərslərindən başqa Anarın idmana da marağı böyükdür.

Biz isə inanırıq ki, gələcəkdə Anar ölkəmizi daha böyük, dünya səviyyəli olimpiyadalarda və bilik yarışlarında təmsil edəcək və hansı peşəni seçməsindən asılı olmayaraq onun öhtəsindən layiqincə gələcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: