Bu gün səhər saat 09 radələrində Xızı rayonunu ərazisindəki hərbi bazada partlayış baş verib.

Ölkə.az saytının hadisə yerində olan reportyorunun verdiyi məlumata görə partlayış zamanı mərmilər ətraf əraziyə səpələnib. Hadisə şahidlərinin bildirdiyinə görə, çox güclü partlayışlar baş verib.

Hadisə zamanı ölənlərin olması barədə heç bir məlumat yoxdur. Şahidlərin bildirdiyinə görə, yaralılar var.

Hazırda yanğın ram edilib. Bir neçə saata tamamilə söndürüləcək.

Hadisə yerinə Müdafiə Nazirliyi ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, xilasetmə qüvvələri, Daxili İşlər Nazirliyinin əməkdaşları və təcili tibbi yardım maşınları canlı qüvvələri cəlb edilib.

Hadisə ilə bağlı geniş məlumat veriləcək.