BP şirkəti “Şahdəniz” qaz-kondensat yatağında təbii qaz hasilatını bərpa edib.

Bunu Trend-ə “BP-Azerbaijan” şirkətinin mətbuat katibinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, avqustun 25-i platformada planlaşdırılmış bütün işlər başa çatdırılıb. “Hazırda bütün sistem tam gücünə çatdırılıb. Qeyd edim ki, bütün işlər uğurla və təhlükəsiz şəkildə başa çatıb, profilaktik işlər vaxtından əvvəl həyata keçirilib”.

O əlavə edib ki, “Şahdəniz”də Türkiyə və Gürcüstana qaz ixracı da bərpa edilib.

Qeyd edək ki platformada iş avqustun 14-də profilaktik işlər, inspeksiya və layihə işləri ilə əlaqədar dayandırılmışdı.