Azərbaycanda internet istifadəçilərinin 23 faizi veb-təhlükə ilə üzləşir

Azərbaycanda kompüterlərin 22,81 faizi internet yolu ilə virusa yoluxma riskinə məruz qalır.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, bu barədə “Kasperski laboratoriyası”nın 2017-ci ilin ikinci rübünün yekunlarına həsr olunmuş “İnformasiya təhdidlərinin inkişafı” icmalında deyilir.

Ötən ilin ikinci rübü ilə müqayisədə bu göstərici 24 faiz azalıb.

İcmalda qeyd olunur ki, Azərbaycan risk səviyyəsinə görə 8-ci yerdə qərarlaşıb.

İlk onluqda Əlcəzair, Albaniya, Belarus, Qətər, Ukrayna, Rumıniya, Tunis və Yunanıstan da yer alıb.

İnternetin ən təhlükəsiz olduğu ölkələr sırasında Kuba, Finlandiya, Sinqapur, İsrail və Yaponiya qərarlaşıb.