Azərbaycanın Surinamdakı səfiri Elxan Poluxov bu ölkənin Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsin

in mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.

E.Poluxov Surinam Milli Assambleyasının xatirə kitabını imzalayıb.