Burkina Fasoda mədəndə torpaq sürüşməsi baş verib, ölən və yaralananlar var

Burkina Fasonun mərkəzi bölgəsində qızıl mədənində torpaq sürüşməsi baş verib.
Astarainfo.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
İlkin məlumata əsasən, faciəyə bir neçə gün davam edən aramsız yağışlar səbəb olub.