Hər bir xanım öz mətbəxində qüsursuz olmaq istəyər. Bu qüsursuzluğun isə müxtəlif sirləri olur. Bu xırdalıqları bilmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.

Sevimli qab dəstinizin biri çatlayıb? Bütün servisi atmaq istəyirsiz? Buna ehtiyac yoxdur. Onu yenidən bərpa etmək üçün sınan parçaları birləşdirib skoçlayın. Daha sonra onu bir qazana qoyub, üzərinə ağzına qədər isti süd tökün. 2 gün müddətinə buzluqda saxlayın. Nəticəyə inanmayacaqsınız.

Əgər mayonez və tomat pastası qıcqırıbsa, onları atmayın. Ərp bağlamış qazan və ya çaydanlarınızı onunla sürtsəniz ilk günki kimi təmiz və parlaq olacaq.

Hər bir xanım bijuteriyalardan istifadə edir. Gözəlliyinizə gözəllik qatan aksesuarlarınızın rəngi solub? O zaman onları pivə ilə dolu qabın içərisinə atıb ən az 5 dəqiqə gözləyin. Budur, sizin sevimli aksesuarınız artıq istifadəyə hazırdır.

Daha faydalı məsləhətlər videoda.

Publika.az faydalı mətbəx sirlərini təqdim edir:

 

Könül Cəfərli