Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxıb

Lənkəran sakini Bakıda itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.