Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” klubu heyətini gücləndirir.

Astarainfo.az-ın  “Qafqazinfo”ya istinadən məlumatına görə, Ağdam təmsilçisi Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürməyə hazırlaşır.

Yaxın günlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.

PAOK klubunun idman direktoru Lubos Miçel məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı yarımmüdafiəçi 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.