Şəmkirdə ağır qəza — 5 yaralı

Şəmkir rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Astarainfo.az-ın  APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.

“VAZ 2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 5beş nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.