Noyabrın 11-də, saat 19:00-da Bakının Heydər Əliyev adına İdman Arenasında hind və Azərbaycan estradasının ulduzlarının iştirakı ilə möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək.

Astarainfo.az Trend-ə istinadən  məlumat verir ki, bayramın təşkilatçısı “Full House Entertainment”dır.

Konsert proqramında hind və Azərbaycan estradasının ulduzları iştirak edəcəklər. Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Bayram gecəsinə fəal hazırlıq görülür. Hind rəqslərinin quruluşu üzərində tanınmış xoreoqraflar işləyirlər. Layihənin baş xoreoqrafı Türkiyə, Rusiya və Pakistanda 20 ildən artıq çalışmış Etibar Quliyevdir. O, Trend-ə bildirib ki, “Bollywood Night” promo-aksiyası çərçivəsində Bakı və Sumqayıtda məşhur “Disko rəqqası”, “Oyna-Oyna”, “Cənab Hindistan” və s. filmlərin kompozisiyası altında hind rəqslərinin fləşmobları keçiriləcək. Xoreoqraf Kəmalı Rəcəbova qeyd edib ki, gecədə göstəriləcək hind rəqs nömrələrinin quruluşu orijinallığı və Avropa rəqslərinin elementlərindən istifadə etməklə yeniliyi ilə seçiləcək. Xoreoqraf Toğrul İsmayılov isə “Bollywood Night”ın qonaqlarına unudulmaz gecə yaşayaqcalarına dair vəd verir.

Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/

Əlavə məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall” və “Asan Xidmət” mərkəzlərində satılır. Onları, həmçinin evdən çıxmadan https://iticket.az/ – biletlərin onlayn-alış saytında əldə etmək olar. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayət edir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az.