Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 5 mln. manat həcmində (AZ0105007550), 728 gün tədavül müddətli, illik 15% gəlirliyi olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 80,0658 manat (28,7946%)-107,0103 manat(11,0000%) olan 13 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 105,5568 manat (11,8000%), orta ölçülmüş qiyməti 106,3283 manat (11,3735%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 21 547 200 manat, yerləşdirilmiş həcmi isə 5 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 27 avqust 2019-cu ildir.