Qaret Beyl “Real”ı tərk etmək istəyir

Yay transfer pəncərəsinin bağlanmasına saatlar qaldığı bir vaxtda “Manchester United” azarkeşlərinə növbəti sürprizi edə bilər.  “Real”ın vinqeri Qaret Beyl “qırmızı şeytanlar”la danışıqlar aparmaq üçün Uels millisinin düşərgəsini tərk edib. Ulduz futbolçu bunun üçün baş məşqçi Kris Kolemandan icazə alıb. İspan nəşrləri “manikunianlar” Beylə görə 105 milyon avro ödəyə biləcəyini yazır.

2013-cü ildə “Tottenham”dən 101 milyon avroya Madrid klubuna keçən Beyl həmin vaxt dünyanın ən bahalı transferi idi. Yeni mövsümdə 2 oyuna çıxan Qaretin aktivində 1 qol, 1 məhsuldar ötürmə var.