Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmaya daxil olan 11 dövlətin nümayəndələri avqustun 29-da Sidneydə bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, görüşün məqsədi APEC-in noyabrda keçiriləcək sammitində daha geniş razılaşmanın əldə olunmasıdır.
Yaponiya azad ticarət haqda bu paktın həyata keçirilməsinə çalışaraq iştirakçı ölkələri birlik nümayiş etdirməyə çağırır.
Razılaşmanın iştirakçısı olan Vyetnam və Malayziya farmasevtik hazırlamalar sahəsində proteksionist siyasətin müddəti ilə bağlı narazılıqlarını bildiriblər. Bu ölkələrin qənaətinə görə, həmin tədbirlər razılaşmanı tərk etmiş ABŞ-ın maraqlarına xidmət edir.