Prezident İlham Əliyev Almazbek Atambayevi təbrik edib

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli Almazbek Şarşenoviç, Sizi və bütün Qırğızıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan xeyirxah dostluq və qarşılıqlı dəstək ənənələri Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bundan sonra da etibarlı təməl olacaq.

Hörmətli Almazbek Şarşenoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Qırğızıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm”.