Kömür mədənində partlayış: 3 nəfər həlak olub

Qazaxıstanın Karaqanda vilayətində kömür mədənində metan qazının partlaması nəticəsində 3 adam ölüb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Astarainfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Şaxtinsk şəhərində yerləşən mədəndə partlayış zamanı ümumilikdə 136 şaxtaçı olub. Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.