Qazaxıstanın Karaqanda vilayətində kömür mədənində metan qazının partlaması nəticəsində 3 adam ölüb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Ruslan İmankulov məlumat verib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Şaxtinsk şəhərində yerləşən mədəndə partlayış zamanı ümumilikdə 136 şaxtaçı olub. Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.