“Space” Müstəqil Televiziya və Radio Şirkətində yeni təyinat olub.

Astarainfo.az Ölkə.az-a istinadən məlumat verir ki, tanınmış jurnalist Eldəniz Elgün telekanalın ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib.

Qeyd edək ki, Eldəniz Elgün “Space” ilk yarandığı dövrdə bu telekanalında çalışıb. Telekanaldan ayrılandan sonra isə mətbuatda, həmçinin ANS televiziyasında işləyib.