Azərbaycanda DƏHŞƏTLİ QƏZA — “VAZ-2106” ilə “KamAZ” TOQQUŞDU

Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Astarainfo.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, avqustun 31-də saat 19 radələrində Xaçmaz rayonunun Yergüc kəndində rayon sakinləri Ənvər Abdullayevin idarə etdiyi “VAZ-2106” və Sahib Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.