Sabaha olan — HAVA PROQNOZU

Azərbaycanda sentyabrın 2-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Ölkə.Az”-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.