Hindistanda bütpərəstlər müsəlmanlara hücum ediblər

Hindistanın şimalındakı Haryana ştatında Qurban bayramı münasibətilə inək kəsmək istəyən arakanlı (Myanma) müsəlmanlar təcavüzə məruz qalıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata görə, Haryana ştatının Mujeri kəndində yaşayan 45 arakanlı müsəlman ailəsi Qurban bayramı münasibəti ilə kəsmək üçün iki inək alıb. Lakin inəklərin Hindu inancında müqəddəs sayılması səbəbindən bölgədə yaşayan bütpərəst kəndlilər buna mənfi reaksiya veriblər.

Müsəlmanlar inəklərin kəsilməsinə qarşı çıxan Hind kəndlilərə qurbandan imtina etdiklərini, inəkləri aparıb bazarda satacaqlarını desələr də bu bir fayda verməyib və 15-20 Hind kəndli əraziyə gələrək müsəlmanlara hücum edib. Nəticədə 4 müsəlman yaralanıb.