Rusiya XİN-i: Amerikalılar Rusiyanın diplomatik nümayəndəliklərində partlayıcı axtarırdılar

Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərində amerikalılar partlayıcı qurğular axtarırdılar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində bildirib.

O həmçinin qeyd edib ki, ABŞ hakimiyyət orqanları Rusiya öz diplomatik mülkiyyətlərini satacağına ümid edirlər.