V.Putin neft-qaz sənayesi qarşısında duran strateji vəzifələri müəyyən edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin neft-qaz sənayesi işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda Rusiya dövlətinin başçısı neft-qaz sənayesi qarşısında duran strateji vəzifələri müəyyən edib. Prezident V.Putin qeyd edib ki, bu sahədə innovasiya fəaliyyəti və elmi araşdırmalar genişləndirilməli, enerji daşıyıcılarının şaxələndirilməsi artırılmalıdır. Eyni zamanda, ekologiya və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirilməlidir.